Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Belçika millisinin futbolçusu: Azərbaycan ilə sabahkı matçda Bakıda keçirdiyimiz oyundan daha ciddi olmalıyıq



Bakıda keçirdiyimiz matç asan olmadı. Amma həmin oyunda hansı məqamlarda səhvlər etdiyimizi analiz etmişik.

BrendSport.az
xəbər verir ki, bu sözləri Belçika millisinin futbolçusu Vout Faes Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

25 yaşlı müdafiəçi Azərbaycan millisinə qarşı oyunda çıxış edəcəyinə görə çox xoşbəxt olduğunu bildirib: “Onlar İsveç komandasına 3:0 hesabı ilə qalib gəldilər. Bu, məni çox təəccübləndirmədi. Rəqiblə meydanda səfərdə keçirdiyimiz oyundan daha ciddi olmalıyıq. Ümid edirəm ki, mən də öz növbəmdə yaxşı oyun nümayiş etdirəcəyəm”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş