AVRO-2024: Azərbaycan yığması ilk hissədə rəqib qapısından iki qol keçirib
AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və İsveç yığmaları arasında keçirilən oyunun ilk hissəsi başa çatıb.
BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.
3-cü dəqiqədə vurulan ilk qolun müəllifi kapitan Emin Mahmudov olub. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.
Qeyd edək ki, beş komandalı qrupda Azərbaycan millisi 6 oyundan sonra 4 xalla dördüncü, İsveç kollektivi isə 7 xalla üçüncü yerdədir.
Facebook-da paylaş