Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AVRO-2024: Azərbaycan millisi bu gün İsveçlə qarşılaşacaq


Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki, F qrupunda mübarizə aparan yığma İsveç seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq.

Matçı qadın referi Ester Ştaubli idarə edəcək. Onun köməkçiləri Yonas Erni və Süzanna Künq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. VAR sisteminə Lukas Fandrix nəzarət edəcək. Lionel Tsçudi isə onun köməkçisi olacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlində İsveç millisi 7 xalla üçüncü, Azərbaycan yığması isə 4 xalla dördüncü pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş