Rusiya millisinin məşqçisi "Qarabağ"ın zədəli qapıçısının durumu haqqında danışıb
Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Bayer 04" klubuna qarşı oyununda zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovla bağlı danışıb.
BrendSport.az xəbər verir ki, mütəxəssis 32 yaşlı qolkiperin Azərbaycan təmsilçisinin heyətində çox yaxşı oynadığını bildirib.
Kafanov Lunyovun bütün qələbələrdə böyük rol oynadığını söyləyib: "Təlim-məşq toplanışına qədər daim onunla əlaqə saxlayırdıq. O, tezliklə yaşıl meydanlara qayıdacaq".
Qeyd edək ki, Bakıdakı görüş Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçı sona qədər davam etdirə bilməyən Lunyovu 85-ci dəqiqədə Luka Quqeşaşvili əvəzləyib.
Facebook-da paylaş