Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Turan Tovuz" Qərb derbisində "Kəpəz"i uddu



Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, Qərb derbisində "Turan Tovuz" "Kəpəz"i qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Qolları 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu beşinci sırada "Neftçi"yə çatıb. Gəncə təmsilçisi isə 6 xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"lə heç-heçə edib - 2:2. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş