Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin rəqibi yoldaşlıq görüşündə heç-heçə edib



Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Avstriya yığması yoldaşlıq görüşü keçirib.

BrendSport.az
xəbər verir ki, baş məşqçi Ralf Ranqnik yetirmələrini Moldova ilə görüşdə sınayıb.

Linzdə baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Moldovalılar 3-cü dəqiqədə Vitali Damaşkanın qolu sayəsində hesabı açıblar. Lakin 50-ci dəqiqədə Mixael Qreqoriç bərabərlik topunu vurub. Avstriya yığmasının heyətində yarımmüdafiəçi Deyan Lyubiçiç 35-ci dəqiqədə zədələnərək əvəzlənib.

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldovanın heyətində 90 dəqiqə mübarizə aparıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə ehtiyatda qalıb.

Qeyd edək ki, Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 12-də İsveçin qonağı olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş