Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin rəqibi yoldaşlıq görüşündə heç-heçə edib
Azərbaycan millisinin rəqibi yoldaşlıq görüşündə heç-heçə edib8-09-2023, 10:40 |
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Avstriya yığması yoldaşlıq görüşü keçirib. BrendSport.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik yetirmələrini Moldova ilə görüşdə sınayıb. Linzdə baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Moldovalılar 3-cü dəqiqədə Vitali Damaşkanın qolu sayəsində hesabı açıblar. Lakin 50-ci dəqiqədə Mixael Qreqoriç bərabərlik topunu vurub. Avstriya yığmasının heyətində yarımmüdafiəçi Deyan Lyubiçiç 35-ci dəqiqədə zədələnərək əvəzlənib. “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldovanın heyətində 90 dəqiqə mübarizə aparıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə ehtiyatda qalıb. Qeyd edək ki, Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 12-də İsveçin qonağı olacaq. Geri qayıt |