Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin oyununa təyinat alan hakim "Fənərbağça"nın qələbəsinə şahidlik edib



AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin Belçika ilə oyununu idarə edəcək Nenad Minakoviç 2021-ci ildən beynəlxalq görüşlərə təyinat alır.

BrendSport.az
xəbər verir ki, 34 yaşlı ədalət təmsilçisi ilk dəfə bir Azərbaycan komandasının matçında iş başında olacaq.

Serbiyalı referi 2021-ci ildə 21 yaşadək futbolçular arasında Litva və Şimali İrlandiya komandaları (1:1) arasında keçirilmiş Avropa çempionatının seçmə mərhələsinin matçında beynəlxalq dərəcəli hakim kimi debütünü rəsmiləşdirib.

Minakoviç 2022/2023 mövsümündə UEFA Konftrans Liqasının III təsnifat mərhələsində "Poqon" (Polşa) və "Bröndbu" (Danimarka) komandaları arasında baş tutan ilk görüşü (1:1) idarə edib.

O, cari mövsümdə "Neman" (Belarus) və "Vaduts" (Lixtenşteyn) arasında gerçəkləşən Konfrans Liqasının I təsnifat mərhələsinin cavab matçında (1:1) iş başında olub.

Serbiyalı hakim həmçinin bu il "Fənərbağça"nın Konfrans Liqasında qələbə qazandığı qarşılaşmalardan birinə təyinat almışdı. Minakoviç İstanbul təmsilçisinin evdə Moldova "Zimbru"sunu 5 cavabsız qolla üstələdiyi oyunda ədaləti qoruyub.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq. Minakoviçə Slobodan Pavloviç və Nikola Boroviç laynsmanlar qismində kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək. VAR hakimi Nokav Simoviçə isə Momcilo Markoviç yardımçı olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş