Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün heyəti bəlli olub
Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
BrendSport.az xəbər verir ki, baş məşqçi Ataman Güneyligil "15-liy"i müəyyənləşdirib.
Ülkər Kərimova və Şəfaqət Alışanova əvvəlki heyətdən çıxarılıb.
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil
Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.
Facebook-da paylaş