Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” Rumıniya millisinin hücumçusunu istəyir



“Neftçi” Rumıniya millisinin futbolçusu Denis Alibeçi transfer etmək istəyir.

BrendSport.az
xəbər verir ki, Azərbaycan klubu bununla bağlı 32 yaşlı hücumçuya təklif göndərib.

“Ağ-qaralar”ın Alibeçə aylıq 50 min avro maaş təklif etdiyi bildirilir. Lakin onun Azərbaycana köçmək ehtimalı o qədər də yüksək qiymətləndirilmir. Çünki Qətər klubu “Əl-Muaydar” Alibeçə 8 aylıq müqavilə qarşılığında 800 min avro ödəməyə hazırdır.

Futbolçu özü açıqlamasında hələ seçim etmədiyini bildirib. Ancaq o, “Farul”dan ayrılacağını istisna etməyib: “Farul”dan ayrılmaq çətindir. Ancaq həll etməli olduğum başqa seçimlər var. Transfer hələ dəqiq deyil. Qətərdə isə qaydalarla bağlı bir az sərbəstlik var”.

Qeyd edək ki, Denis Alibeçin “Farul”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.


Facebook-da paylaş

Xəbəri paylaş