Azərbaycanın U-21 millisinin daha iki oyununun stadionu müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha iki oyununun stadionu müəyyənləşib.
BrendSport.az xəbər verir ki, U-21 oktyabrda Şimali İrlandiya və Lüksemburq komandalarını “Dalğa Arena”da qəbul edəcək.
Qarşılaşmalar müvafiq olaraq oktyabrın 12-də və 17-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın gənclər yığması qrup mərhələsinin ilk turunda Serbiyanın qonağı olacaq. Bu görüş sentyabrın 12-də Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərindəki İdman Mərkəzində baş tutacaq.
Facebook-da paylaş