Həndbol: Litva millisi Bosniya və Herseqovina komandasına qalib gəlib
Bakıda keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının qrup mərhələsində artıq ikinci tura start verilib.
BrendSport.az xəbər verir ki, A qrupunda Bosniya və Herseqovina və Litva milliləri üz-üzə gəlib.
Gərgin mübarizənin sonunda Litva komandası 37:40 hesabı ilə qalib olub.
Xatırladaq ki, millimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
Facebook-da paylaş