Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda həndbolçular arasında Avropa çempionatına start verilib



17 yaşadək qız həndbolçular arasında Bakıda keçirilən Avropa çempionatına start verilib.

BrendSport.az
xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan qitə birinciliyinin qrup mərhələsində ilk oyun baş tutub.

Yarış meydanına Avropa Həndbol Federasiyasının bayrağı gətirildikdən sonra B qrupunda yer alan Farer adaları və Yunanıstan milliləri üz-üzə gəliblər. Oyun Farer adaları komandasının 27:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Avropa çempionatında 10 komanda 2 qrupda gücünü sınayır. Azərbaycan yığması A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar. Azərbaycan millisi ilk oyununu bu gün Gürcüstana qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş