Avropa çempionatının ilk günündə Azərbaycan himni 4 dəfə səsləndi
22 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.
BrendSport.az xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov, -55 kq. çəkidə Mirxaliq İskəndərov, -60 kq. çəkidə Məhəmməd Musayev, qızlar arasında isə -48 kq. çəkidə Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oğlanlar arasında -55 kq. çəkidə Əhməd Rüstəmov çempionatın bürünc medalını qazanıb.
Qızlar arasında isə -40 kq. çəkidə Nigar Məmişova 7-ci yerə çıxıb.
Facebook-da paylaş