Daha üç cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayır.
BrendSport.az xəbər verir ki, Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 final mərhələsində Ahmed Abdelrahman (Misir) - Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
Millimizin üzvləri Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fiora (Argentina) - Cenifer Eriyen (Haiti) duelinin güclüsü, Aydan Əliyeva (hər ikisi 52 kq) isə 1/32 finalda Erza Muminovyo (Kosova) ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Millimiz çempionatın ilk gününü medalsız başa vurub.
Yarış mayın 14-də yekun vurulacaq.
Facebook-da paylaş