Aerobika gimnastlarımız Tokioda güclərini sınayacaqlar
Aprelin 22-23-də Yaponiyanın paytaxtı Tokioda aerobika gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.
BrendSport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva dünya kuboku yarışlarında ölkəmizi təmsil edəcəklər.
Digər gimnastlar Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə güclərini sınayacaqlar.
Facebook-da paylaş