Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Olimpiya ümidləri” layihəsi çərçivəsində karateçilər üçün növbəti məşq keçirilib

“Olimpiya ümidləri” layihəsi çərçivəsində karateçilər üçün növbəti məşq keçirilib


Azərbaycan Milli Karate Federasiyasının 14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın heyətinə daha yüksək səviyyəli idmançıların cəlb olunması məqsədilə həyata keçirdiyi yeni layihə davam edir.
Federasiyanın mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, layihə çərçivəsində növbəti məşqi kişilərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Qurban Tağıyev keçib. Məşqçi Novruz Əliyevin assistentliyi ilə təşkil olunan məşqdə paytaxt və bölgələrdən 25-dək idmançı iştirak edib.
“Olimpiya ümidləri” layihəsində 12-13 yaşlı uşaqlar arasında respublika çempionatının mükafatçıları iştirak edirlər. Belə ki, həmyaşıdları arasında fərqlənən perspektivli karateçilər həftədə bir dəfə xüsusi hazırlıq keçirlər. Məşqlər tanınmış karateçilər və milli komandaların məşqçilər heyəti tərəfindən keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş