Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



Azərbaycan Taekvondo Federasiyasında Dünya Taekvondo Federasiyasının rəsmi üzvlük sisteminin qeydiyyatından keçən klublarla görüş keçirilib

Azərbaycan Taekvondo Federasiyasında Dünya Taekvondo Federasiyasının rəsmi üzvlük sisteminin qeydiyyatından keçən klublarla görüş keçirilib


Azərbaycan Taekvondo Federasiyasında (ATF) Dünya Taekvondo Federasiyasının (DTF) rəsmi üzvlük sisteminin ilk qeydiyyatından keçən yerli taekvondo bölmələri və klublarla görüş keçirilib.
ATF-nin mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan federasiyanın baş katibi Həmdiyyə Məmmədov qurumun qlobal üzvlük sisteminə qoşulmasını mütərəqqi hadisə kimi qiymətləndirib. O, bu sistemin taekvondo klublarına, məşqçi-müəllimlərə və idmançılara səmərəli fəaliyyət göstərməsinə şərait yaradacağını qeyd edib.
Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov ilin əvvəlindən DTF-nin qlobal üzvlük sisteminə qoşulmaqla bu sistem üzrə rəsmi texniki tərəfdaş olan "Simply Compete" şirkəti ilə də müqavilə bağlayıb texniki təminat əldə etdiklərini vurğulyıb: “Simply Compete" şirkətinin taekvondo idman növündə gördüyü texniki xidməti ilə bu vaxta qədər beynəlxalq müstəvidə tanış idik. Artıq bu ildən etibarən bu xidməti federasiyamızın fəaliyyətində də yüksək səviyyədə hiss edəcəyimizə əminəm. Qeyd edim ki, artıq ilk tədbir kimi martın 30-da keçiriləcək dan imtahanı məhz bu sistem vasitəsilə baş tutacaq. Artıq indiyədək 33 klub, mindən artıq üzv bu sistemdə qeydiyyatdan keçib. Sevindirici haldır ki, klublar bu sistemə qoşulmaqda maraqlıdır və özlərini ən yaxşı tərəfdən göstərirlər”.
Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin üzvü Vüqar Məmmədov, beynəlxalq əlaqələr üzrə katibi Cəlal Səfərov sistemin üstünlüklərindən danışaraq artıq taekvondo üzrə yerli yarışların, imtahanların, seminarların və digər bu qəbildən olan bütün tədbirlərin onun əsasında aparıldığını vurğulayıb.
Sonda Azərbaycan Taekvondo Federasiyası rəsmi üzvlük sistemində qeydiyyatdan keçmiş klub məşqçilərinə üzvlük vəsiqələri, sertifikatlar və hədiyyələr təqdim edib.


Facebook-da paylaş

Xəbəri paylaş