Muay-tay üzrə IV Azərbaycan çempionatı keçiriləcək
Martın 11-də yeniyetmə, gənclər və böyüklər arasında muay-tay üzrə IV Azərbaycan çempionatı start götürəcək.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Muay-tay Tayboks Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış Şağan Olimpiya İdman Kompleksində baş tutacaq.
Turnirdə Bakı ilə yanaşı, regionlardan - Sumqayıt, Gəncə, Naxçıvan, Şəki, Göyçay, Mingəçevir, Samux, Salyan, digər şəhər və rayonlardan 200-ə yaxın idmançının iştirakı nəzərdə tutulub. Ölkə çempionatı üç gün davam edəcək.
Facebook-da paylaş