Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçular arasında bölgə birincilikləri keçiriləcək

Yeniyetmə cüdoçular arasında bölgə birincilikləri keçiriləcək

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cari ilin martından başlayaraq aprelin ilk günlərinədək respublikanın 8 bölgəsində (54 rayon və şəhərin iştirakı ilə) 15 yaşadək yeniyetmə cüdoçuların bölgə birincilikləri keçiriləcək.
ACF-nin mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, ilk yarışlar martın 5-də Naxçıvan və Göygöldə keçiriləcək. Növbəti yarışlar Mingəçevir (7 mart), Balakən (12 mart), İsmayıllı (14 mart), Qusar (16 mart), Masallı (18 mart) və Sumqayıtda (6-7 aprel) təşkil olunacaq.
Yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Mükafatçılar mayın 6-8-də Bakıda keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.
ACF-nin əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdo idman növünü daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadların kəşf edilməsi, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin təbliğ edilməsidir.


Facebook-da paylaş

Xəbəri paylaş