Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yekaterinburqda keçiriləcək universiadanın könüllülər proqramına dörd mindən çox müraciət olunub

Yekaterinburqda keçiriləcək universiadanın könüllülər proqramına dörd mindən çox müraciət olunub


Yekaterinburqda 2023-cü ildə keçiriləcək universiadanın könüllülər proqramında iştirak etmək üçün artıq dörd mindən çox insan müraciət edib.
BrendSport.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yarışa ümumilikdə 11 minə yaxın könüllünün cəlb edilməsi planlaşdırılır.
Məlumatda bildirilib ki, könüllülərin 8 mini Yekaterinburqdan, üç minə yaxını ölkənin digər regionlarından, bir neçə yüzü isə xarici ölkələrdən olacaq.
Qeyd edək ki, XXXII Ümumdünya Yay Universiadası avqustun 8-dən 19-dək Yekaterinburqda keçiriləcək. Yarış proqramına 247 dəst medalın oynanılacağı 18 idman növü daxildir.
İtaliyanın Neapol şəhərində keçirilən son universiadada Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş