Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sinqapur 2028-ci ilədək Formula 1-ə ev sahibliyi edəcək

Sinqapur 2028-ci ilədək Formula 1-ə ev sahibliyi edəcək


Formula 1 Sinqapur Qran-Prisinin təşkilatçısı “Singapore GP Ltd” şirkəti və Sinqapurun Turizm Nazirliyi ilə müqavilənin 2028-ci ilədək uzadılmasını təsdiqləyib.
BrendSport.az xəbər verir ki, bu barədə Formula 1-in rəsmi saytında məlumat verilib. Məlumatda qeyd edilib ki, təşkilatçılar növbəti illərdə ekologiyaya xüsusi diqqət yetirəcəklər. Xüsusilə, bu proses zamanı bərpa olunan enerji mənbələrinə və ekoloji cəhətdən təmiz materiallara keçid, eləcə də materialların təkrar emalının həcminin artırılması nəzərdə tutulur.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali “kral yürüşləri”nin Sinqapurda daha 7 il davam edəcəyindən şad olduğunu bildirib. O, qeyd edib ki, Sinqapurun təqvimdə xüsusi yeri var və şəhər yarışının təşkilatçıları ilə müqavilənin yenilənməsi Asiya qitəsində idmanı inkişaf etdirmək üçün uzunmüddətli planın bir hissəsidir.


Facebook-da paylaş

Xəbəri paylaş