İngiltərə kubokunun ilk finalçısı müəyyənləşib
Yanvarın 12-də futbol üzrə İngiltərə kubokunun ilk finalçısı məlum olub.
BrendSport.az xəbər verir ki, yarımfinalda "Çelsi" səfərdə "Tottenhem" komandasının qonağı olub.
Görüş "Çelsi"nin minimal hesabla qələbəsi ilə yekunlaşıb - 0:1.
Oyunda yeganə qolun müəllifi matçın 18-ci dəqiqəsində Antonio Rüdiger olub. Qarşılaşmanın 64-cü dəqiqəsində "Tottenhem" klubu qol vursa da, baş hakim videonəzarət sisteminə (VAR) baxdıqdan sonra vurulan qolu qeydə almayıb.
Bu qələbə sayəsində "Çelsi" İngiltərə kubokunun finalına yüksəlib. Bu komandaların arasında ilk görüş Tomas Tüxelin yetirmələrinin qələbəsi ilə (2:0) başa çatmışdı.
Qeyd edək ki, finalda "Çelsi"nin rəqibi "Liverpul" - "Arsenal" görüşünün qalibi olacaq. Həmin görüş yanvarın 20-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Facebook-da paylaş