“Real Madrid” komandasının futbolçusu Qaret Beyl zədə səbəbindən növbəti oyunlarda iştirak etməyəcək
"Real Madrid" komandasının yarımmüdafiəçisi Qaret Beyl zədə səbəbindən qarşıdakı matçlarda iştirak etməyəcək.
BrendSport.az xarici KİV-ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ötən həftə milli komandanın Belarusla oyununda zədələnib. Uelsli futbolçunun sağalması üçün təxminən iki-üç həftə vaxt lazım olacaq. Bu mövsüm Q.Beyl keçirdiyi üç oyunda bir qol vurub.
Qeyd edək ki, Madrid təmsilçisi növbəti görüşünü səfərdə “Qranada” ilə keçirəcək. İspaniya La Liqasının 14-cü turunun qarşılaşması noyabrın 21-də oynanılacaq.
Facebook-da paylaş