Ümumdünya Sülh Gününə həsr olunmuş futbol yarışlarının qlibləri müəyyənləşib
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında Ümumdünya Sülh Gününə həsr olunmuş futbol yarışı keçirilib.
BrendSport.az xəbər veriri ki, yarış "UNIFIED Sports" proqramına uyğun olaraq 3 divizionda təşkil olunub.
Yekun nəticələrə görə, turnirdə birinci yeri məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası tutub. İkinci yerə Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbinin komandası layiq görülüb. Üçüncü pillədə isə Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin futbolçuları qərarlaşıblar.
Qeyd edək ki, turnirdə hər birində 10 atlet olmaqla 17 komanda iştirak edib.
Facebook-da paylaş