Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Oğlanlar arasında "Avropa futbol həftəsi" turnirinin qalibləri müəyyənləşib

Oğlanlar arasında "Avropa futbol həftəsi" turnirinin qalibləri müəyyənləşib


Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında "Avropa futbol həftəsi" turniri keçirilib.
BrendSport.az xəbər verir ki, turnir "UNIFIED Sports" proqramına uyğun olaraq 3 divizionda təşkil olunub. Yekun nəticələrə görə, Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin komandası birinci yeri tutub. İkinci yerə Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin futbolçuları sahib olub. Üçüncü yerdə isə sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası qərarlaşıb.
Qeyd edək ki, turnirdə hər biri 10 atlet olmaqla 17 komanda iştirak edib.
Turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş