Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Birinci MDB Oyunları: Komandamız bu gün idmanın 4 növü üzrə yarışlarda iştirak edəcək

Birinci MDB Oyunları: Komandamız bu gün idmanın 4 növü üzrə yarışlarda iştirak edəcək


Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.
BrendSport.az xəbər verir ki, sentyabrın 6-da – yarışların dördüncü günündə Azərbaycan komandası 4 növdə iştirak edəcək.
Koreş idman növü üzrə milli komandamız yarışa təsnifat mərhələsindən mübarizəyə qoşulub. Belə ki, yarışlarda Əlisəftar Məmmədli, Elvar Nəhmətzadə, Həsən Ağazadə, Camal Feyziyev iştirak edirlər.
Digər idman növündə - stend atıcılığında təmsilçimiz Cavid Həsənov da təsnifat mərhələsində dairəvi stend yarışlarında mübarizə aparır.
Basketbol üzrə millimizi isə yarımfinalda Rusiya komandası ilə görüş gözləyir. Bu gün, həmçinin tayboksçularımız - Sayer Leyanna Mary (51 kq), Ağazadə Rəvan (67 kq), Məmməd Əmrəliyev (75 kq) də təsnifat mərhələsindən yarışa qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan komandası Oyunlarda 6 qızıl, 4 gümüş və 12 bürünc medal qazanaraq ümumi hesabda 9 iştirakçı ölkə arasında 3-cü pillədə qərarlaşıb. İkinci yerə 33 medalla (13 qızıl, 12 gümüş, 8 bürünc) Özbəkistan yüksəlib. Birinci pilləni isə 60 medalla (34 qızıl, 14 gümüş, 12 bürünc) Rusiya tutur.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.


Facebook-da paylaş

Xəbəri paylaş