Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanda keçiriləcək “Red Bul Neymar Jr’s Five” futbol turnirinin tarixi dəyişdirilib

Azərbaycanda keçiriləcək “Red Bul Neymar Jr’s Five” futbol turnirinin tarixi dəyişdirilib

Braziliya millisinin və “Pari Sen Jermen” klubunun üzvü Neymar tərəfindən təqdim edilən “Red Bul Neymar Jr’s Five” futbol turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.
BrendSport.az xəbər verir ki, iştirakçı komandalar tərəfindən çoxsaylı müraciətlərə görə maraqla gözlənilən yarışın tarixi dəyişdirilib. Seçim mərhələləri avqustun 28-29-da və sentyabrın 4-5-də Bakıda, sentyabrın 12-də Gəncədə keçiriləcək.
Azərbaycan üzrə qalibin məlum olacaq milli final mərhələsi sentyabrın 19-da Bakıda baş tutacaq.
Turnirdə iştirak etmək istəyənlər onlayn qeydiyyat mərhələsindən keçməlidir. Gəncə seçimləri üçün qeydiyyat sentyabrın 10-da yekunlaşacaq.
Xatırladaq ki, “Red Bul Neymar Jr’s Five” dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən-ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. Altı qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaqlar.
Yarışda yeddi nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçular 18-35 yaşarası olmalıdırlar. Reqlamentə əsasən, turnirdə hər oyun 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, komandadan bir oyunçunu meydandan uzaqlaşdırır. Oyun komandalardan birinin son oyunçusunun meydandan uzaqlaşdırılmasına və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçu sayı daha çox olan komanda qalib gəlir.


Facebook-da paylaş

Xəbəri paylaş