Çimərlik güləşçilərimiz dünya seriyasının ilk mərhələsində iştirak ediblər
Fransada çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, yarışda ölkəmizi 3 güləşçi təmsil edib.
Təmsilçilərimiz qrup mərhələsini uğurla adlayıblar. Mahal Novruzov (70 kq) dörddəbir finalda türkiyəli Safa Aksoya qalib gəlsə də, onunla eyni çəkidə çıxış edən Rübail İbrahimli gürcü Levan Kelexsaşviliyə məğlub olub. M.Novruzov yarımfinalda rumıniyalı George Bukura, üçüncü yer uğurunda görüşdə isə ukraynalı Oleksey Borutaya uduzub.
Qrup mərhələsində dizindən zədələnən Orxan Abasov (90 kq) yarımfinalda türk Mahmut Özkaya ilə bacarmayıb. Həmyerlimiz bürünc medal görüşündə isə ukraynalı Oleksey Yakovçuka yenilib.
Beləliklə, həm M.Novruzov, həm də O.Abasov turniri dördünxü pillədə başa vurublar.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.
Facebook-da paylaş