Qadın tennisçilərdən ikisi Tokioya getməkdən imtina edib
Olimpiada ərəfəsində məşhur tennisçilərin əksəriyyəti dördilliyin zirvə yarışında iştirakdan imtina etdiklərini açıqlayırlar.
BrendSport.az xəbər verir ki, bir neçə gün əvvəl Rocer Federer zədəsini əsas gətirərək Yaponiyaya getməyəcəyini demişdisə, indi də belaruslu raketka ustası Viktoriya Azarenkonun Olimpiadada çıxış etməyəcəyi müəyyənləşib. O Yaponiyada koronavirusla bağlı vəziyyətin ürəkaçan olmadığını və Tokioda bir çox məhdudiyyətin tətbiq ediləcəyinə görə riskə getmədiyini bildirib.
Almaniyalı raketka ustası Anjelika Kerber də Olimpiadada iştirak etməyəcəyini bəyan edib. Amma o, hazırda istirahətə ehtiyacı olduğu üçün belə bir addım atdığını söyləyib.
Facebook-da paylaş