Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Naftalanın universal döyüşçüləri dünya kubokunda uğurla çıxış ediblər



Naftalan Şəhər Gənclər və İdman İdarəsindən BrendSport.az-a verilən məlumata görə, universal döyüş növlərinin light və classic versiyaları üzrə ümumilikdə 28 ölkədən 400-ə qədər idmançının iştirak etdiyi beynəlxalq yarışda Azərbaycan yığma komandası 24 nəfər idmançı ilə təmsil olunub ki, onlardan da 2 nəfəri Naftalan şəhər UGİM-in yetirmələri olub.

Belə ki, şəhəri təmsil edən idmançılardan Sadiq Qurbanov light versiyası üzrə 55 kiloqram çəki dərəcəsində gümüş, classic versiya üzrə bürünc medal qazanıb. Yığmanın digər üzvü Amid Əmirov isə light versiyası üzrə 66 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.

Qeyd edək ki, dünya kubokunda komandamız ümumilikdə 8 qızıl, 2 gümüş, 9 bürünc medal qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş