Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İddiaçılar turniri: Şahmatçılar 13-cü turda mübarizə aparacaqlar



BrendSport.az xəbər verir ki, 13-cü turda rusiyalı şahmatçılar Yan Nepomnyaşi Maksim Vaşe-Laqrav (Fransa), Van Hao (Çin) Fabiano Karuana (ABŞ), Kiril Alekseyenko Liren Dinq (Çin), Aleksandr Qrişuk Aniş Giri (Niderland) ilə mübarizə aparacaqlar.

Ötən turların nəticəsinə görə, Yan Nepomnyaşi turnir cədvəlində 8 xalla birinci yeri tutur. İkinci və üçüncü pillələrdə 7,5 xalla A.Giri, 6,5 xalla M.Vaşe-Laqrav qərarlaşıblar.

On dörd turdan ibarət olan turnir aprelin 27-də başa çatacaq.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş