Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Simeoneyə cavab vermək cərimədir



BrendSport.az xəbər verir ki, UEFA İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronalduya qarşı intizam işi açıb. Buna 34 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə İspaniya "Atletiko"sunu 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub. Portuqaliyalı forvard qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin azarkeşlərinə qarşı xoşagəlməz jest edib. Məsələyə martın 21-də baxılacaq.
Qeyd edək ki, "Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştianu Ronaldunun "het-trik"i sayəsində üstələyib. İlk matçda "Atletiko"nun baş məşqçisi Dieqo Simeone eyni hərəkəti edib və 20 min avro məbləğində cərimələnib.



Facebook-da paylaş

Xəbəri paylaş