Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



3 taekvondo klubu bir arada



Ağsu rayonunda uşaq, yeniyetmə və gənclər arasında idmanın taekvondo növü üzrə Ağsu rayonunun "Qrandmaster", eyni zamanda "Neftçi" və Ağdaş rayonunun "Gənclər" Taekvondo İdman Klubları ilə birgə yoldaşlıq görüşü keçirilib.

Yarışda 70-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışın əsas təşkilatçı rəhbəri Ağsu rayon Gənclər və İdman baş idarəsi və Ağsu "Qrandmaster" Taekvondo İdman Klubu olub.

Turnirin əsas məqsədi bu idman növünü regionlarda inkişaf etdirmək, istedadlı idmançılarımıza stimul vermək və potensial səviyyələrini daha da artırmaq idi.

Yekunda fərqlənən İdmançılara Ağsu Gənclər və İdman İdarəsinin təsis etdiyi xüsusi diplomlar təqdim olunub.

Sonda yarışda iştirak edən kollektivlər göstərdiyi yüksək təşkilatçılığa görə Ağsu rayon "Qrandmaster" Taekvondo Klubunun məşqçi-müəllimi Cavanşir Mirzəyevə minnətdarlıqlarını bildiriblər.

Alxas


Facebook-da paylaş

Xəbəri paylaş