Rafael Fiziyev: Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram

İkinci dəfə Azərbaycanda keçiriləcək turnirdə iştirak etmək gözəl hissdir.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
O, döyüşə Tailandda hazırlaşdığını bildirib: "Heç kim əvvəlcədən hansı raundda nokautun olacağını bilmir. UFC-də hər zaman gözlənilməz nəticələr olur. Mən ayaq üstə döyüşürəm və rəqibim meksikalı Manuel Torres də buna üstünlük verir. Onun müəyyən üstünlükləri var. Məsələn, boyu və əlləri uzundur".
UFC-də ən çox “bu adamla bir gün döyüşəcəyəm” dediyim rəqib olmayıb. Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram", - deyə idmançı qeyd edib.
Azərbaycanda güclü MMA idmançılarının olduğunu söyləyən tanınmış döyüşçü Əli Quliyevi UFC-də görmək istədiyini vurğulayıb: "Adını çəkə bilmədiyim digər təmsilçilərimizi də bura aid edirəm".
R.Fiziyev çəkisalma prosesi haqqında da danışıb: "20 kiloqram artıq çəki var idi. Onun yarısını azaltmışam. Pəhrizə uyğun məhsullar yeyirəm. Əlbəttə ki, bunlar adama xoş gəlmir".
Qeyd edək ki, Bakıda UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Rafael Fiziyevlə Manuel Torres arasındakı döyüş 5 raunddan ibarət olacaq.
Facebook-da paylaş





















