Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
BrendSport.az xəbər verir ki, böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında çıxış edən yığma turnirdə 10 (1 qızıl, 4 gümüş, 5 bürünc) medal qazanıb.
Qurban Məcnunov (41 kiloqram) bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələnib. Xudayar Kərimov (38 kiloqram), Abdulrəhman Hüseynli (41 kiloqram), Amin Əsgərli (48 kiloqram) və Məhəmməd Orucov (85 kiloqram) ikinci, Ümüd Babayev (38 kiloqram), Hüseyn Vəlizadə (57 kiloqram), Əli Məmmədov (68 kiloqram), Zöhrab Səfərov (75 kiloqram) və Rauf Mütəllimov (85 kiloqram) isə üçüncü yeri tutublar.
Yekunda 158 xal toplayan Azərbaycan seçməsi komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92) isə üçüncü olub. Milli komanda 2 il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempion olub.
Bununla da U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda Azərbaycanın 2 kollektivi (sərbəst və yunan-Roma) çempion tituluna sahib çıxıb.
Facebook-da paylaş