Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 50 kiloqram çəkidə mübarizə aparan idmançı Şimali Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşıb. O, rəqibinə uduzsa da, lisenziya şansını saxlayıb. M. Stadnik sabah 3-cü yer uğrunda görüşdə qalib gəlsə, "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edəcək.
Bu gün xalça üzərinə çıxan digər qadın güləşçilər - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə "Paris-2024"ə lisenziya qazana bilməyiblər.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.
Facebook-da paylaş