Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev yarımfinala yüksəlib
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünü keçirib.
BrendSport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu 1/4 final mərhələsində Niurqun Skriabinlə (AİN) qarşılaşıb.
Rəqibinə 4:2 hesabı ilə qalib gələn yığmamızın lideri yarımfinala yüksəlib. Onun növbəti rəqibi İslam Dudayev (Albaniya) olacaq.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala adlayıblar.
Facebook-da paylaş