Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Olimpiya Təsnifat turniri: Azərbaycan güləşçisi növbəti qələbəsini qazanıb



Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/4 finalda türkiyəli Süleyman Atlı ilə qarşılaşıb.

Rəqibi üzərində 6:0 hesablı qələbə qazanan 26 yaşlı idmançı yarımfinala yüksəlib. Rzazadə bu raundda şimali makedoniyalı Vladimir Yeqorovla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Hacı Əliyev (65 kq) yarımfinala adlayıb. Georgi Meşvildişvili (125 kq) isə mübarizəyə 1/4 finaldan qoşulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş