Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bavariya” Mbappe ilə müqavilə imzalanması variantını nəzərdən keçirir



“Bavariya” klubu PSJ-nin forvardı Kilian Mbappe ilə sərbəst agent hüquqları çərçivəsində müqavilə imzalanması variantını nəzərdən keçirir. Bu barədə “Sport1” məlumat yayıb.

BrendSport.az
xəbər verir ki, futbolçunun parislilərlə müqaviləsi mövsümün sonuna qədər davam edəcək. Əgər Mbappe indiki klubu ilə müqaviləni uzatmasa, “Rekordmayster” onunla müqavilənin yayda bağlanması məsələsini gündəmə gətirəcək.

Bir müddət əvvəl “Bavariyanın” baş məşqçisi Mbappenin kluba keçməsinin az inandırıcı olduğunu bildirmişdi. Münhen klubunda belə düşünməsələr də, futbolçunun maaşı məsələsi bir qədər problem yarada bilər. Belə ki, məşhur forvard PSJ-də ildə 100 milyon avro alır. “Rekordmayster”də isə futbolçuların maaşı ilə 25 milyon avro təşkil edir. Buna görə də, kluba keçmək qərarı qətiləşsə, fransız oyunçu maaşı ilə bağlı güzəştə getməli olacaq.

Mbappeni cəlb etmək istəyənlər arasında ən iddialı klub Madridin “Real” komandasıdır. Yayılan şayiələrə görə, 24 yaşlı hücumçunu almaq istəyənlər arasında “Liverpul”un da adı hallanır.


Facebook-da paylaş

Xəbəri paylaş