Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



PSJ bu yay Mbappeni 250 milyon avroya satmağa hazırdır



PSJ yay "transfer pəncərəsində" fransız hücumçu Kilian Mbappeni satmağa hazırdır.

BrendSport.az
xəbər verir ki, klub rəhbərliyi futbolçu ilə 250 milyon avro qarşılığında yolları ayırmağı düşünür.

Qeyd olunub ki, PSJ hələ də Madrid “Real"ından təklif gözləyir.

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləni 2024/2025 mövsümü üçün avtomatik uzatmaq variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, hücumçu bu yay "transfer pəncərəsində" “Real”a keçmək istəyir. Mbappe özü növbəti mövsümü PSJ-də keçirməyi planlaşdırdığını deyir.

24 yaşlı forvard ötən mövsüm parislilərin heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş