Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



PSJ Mbappe ilə müqavilə müddətini uzada bilməz



Fransanın PSJ klubu futbolçusu Kilian Mbappe ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq variantını aktivləşdirə bilməz.

BrendSport.az
xəbər verir ki, bunun üçün sözləşmədə göstərilən müddət iyulun 31-də başa çatıb.

24 yaşlı hücumçunun hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir. Fransa millisinin üzvü komandanın Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışında yer almır. Ulduz futbolçu indiki transfer pəncərəsində təkliflərdən birini qəbul edib ayrılmasa, PSJ 2023/2024 mövsümündə onu oynatmamaq qərarına gəlib.

Qeyd edək ki, ötən mövsüm 34 çempionat oyununda 29 qol, 5 məhsuldar ötürmə ilə yadda qalan Kilian Mbappe Səudiyyə Ərəbistanından, eləcə də, İspaniyanın “Real Madrid” klubundan təklif alıb.


Facebook-da paylaş

Xəbəri paylaş