Şenol Güneş "Neftçi" üzərində qələbədən sonra Türkiyə futbolunun tarixinə düşüb
"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Bakıda "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Türkiyə futbolunun tarixinə düşüb.
BrendSport.az xəbər verir ki, çalışdırıcı kimi avrokuboklarda 41-ci matçına çıxan 71 yaşlı mütəxəssis 20-ci qələbəsini qazanıb.
Güneş bu göstərici ilə hazırda klubsuz olan "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terimin rekordunu təkrarlayıb.
Qeyd edək ki, "Beşiktaş"la "Neftçi" arasında cavab görüşü avqustun 17-də İstanbulda olacaq.
Facebook-da paylaş