"Beşiktaş"ın cəzalı futbolçusu "Neftçi" ilə cavab oyununda iştirak edə biləcək
Türkiyə "Beşiktaş"ının cəzalı futbolçusu Artur Masuaku UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı cavab oyununda iştirak edə biləcək.
BrendSport.az xəbər verir ki, Avropa futbol qurumu konqolu müdafiəçi ilə bağlı qərarını dəyişib.
Albaniyada "Tirana" ilə II raundun cavab matçında qırmızı vərəqə gördüyü üçün 2 oyunluq diskvalifikasiya olunan 30 yaşlı futbolçunun cəzası azaldılıb. O, yalnız Bakıkı ilk qarşılaşmanı buraxmalı olacaq.
Bundan başqa, UEFA "Tirana" ilə matçda "Beşiktaş" azarkeşlərinin davranışlarına görə kluba şərti olaraq 40 000 avro pul cəriməsi verib. Analoji hadisə təkrarlanarsa, Türkiyə klubu səfər oyunlarının birində azarkeş dəstəyindən məhrum ediləcək.
Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra İstanbulda olacaq.
Facebook-da paylaş