"Milan" futbolçusunu İspaniya klubuna icarəyə verib
İtaliyanın "Milan" klubunun futbolçusu Matteo Qabbiya karyerasını İspaniyada davam etdirəcək.
BrendSport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Vilyarreal"a icarəyə verilib.
Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Milan"ın yetirməsi olan oyunçu ötən mövsüm 17 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Facebook-da paylaş