"Fənərbağça" 11 futbolçusu ilə vidalaşmaq istəyir
Türkiyənin "Fənərbağça" klubu 11 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
BrendSport.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal heyətdə görmək istəmədiyi oyunçuların siyahısını rəhbərliyə təqdim edib.
Bunlar Attila Salai, Villian Arao, Dieqo Rossi, Altay Bayındır, Juao Pedro, Serdar Dursun, Coşua Kinq, Nazim Sanqare, Osayi-Samuel, Qustavo Enrike və Mişi Batşuayidir.
Qeyd edək ki, "Fənərbağça" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Fiorita" (San-Marino) - “Zimbru” (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun görüşləri iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Facebook-da paylaş