“Barselona” yetirməsini kluba qaytarıb
İspaniyanın “Barselona” klubu yetirməsi Oriol Romeunu qaytarıb.
BrendSport.az xəbər verir ki, 31 yaşlı futbolçu bu həftə La Liqa çempionu ilə münasibətləri rəsmiləşdirəcək.
Ötən mövsüm “Jirona” klubunda çıxış edən Romeu artıq “Barselona”da tibbi müayinədən keçib. Klublar arasında razılığa əsasən, “Jirona” bu keçiddən 5 milyon avro gəlir əldə edəcək. Eyni zamanda Pablo Torre bu mövsüm icarə əsasında “Jirona”da çıxış edəcək.
Qeyd edək ki, Oriol Romeu ötən mövsüm La Liqada 33 oyuna çıxıb, 2 qol vurub.
Facebook-da paylaş