Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Liverpul"un kapitanı 12 ildən sonra klubdan ayrılmağı düşünür



İngiltərə "Liverpul"unun futbolçusu Cordan Henderson klubdan ayrılmaq istəyir.

BrendSport.az
xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Stiven Cerrardın baş məşqçi olduğu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"ın təklifini qəbul etmək niyyətindədir.

33 yaşlı oyunçu Mersisayd klubunun baş məşqçisi Yurgen Kloppla danışdıqdan sonra yekun qərarını verəcək. Henderson komandada qalacağı təqdirdə stabil olaraq əsas heyətdə yer almağı planlaşdırır.

Qeyd edək ki, Cordan Henderson 2011-ci ildən "Liverpul"da çıxış edir. O, ötən mövsüm 43 matçda meydanda olub. Təcrübəli yarımmüdafiəçinin klubu ilə 2 illik müqaviləsi var.


Facebook-da paylaş

Xəbəri paylaş