Braziliya prezidenti Ançelottinin baş məşqçi təyin olunmasından narazı qalıb
Braziliya prezidenti Luiz İnasio Lula da Silva Karlo Ançelottinin futbol üzrə milli komandanın baş məşqçi təyin olunmasından narazı qalıb.
BrendSport.az xəbər verir ki, ölkə rəhbəri 64 yaşlı italiyalı mütəxəssisin heç vaxt ölkəsinin yığmasında işləmədiyini vurğulayıb.
"O, İtaliya millisində çalışmayıb. Ançelotti son mundialda olmayan İtaliya komandasının problemlərini niyə həll etmir?" - deyə, ölkə başçısı bildirib.
Qeyd edək ki, Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges açıqlamasında Karlo Ançelottinin yığmanın sükanı arxasına keçəcəyini söyləyib. İtaliyalı baş məşqçi hazırda İspaniyanın "Real Madrid" klubunda işləyir.
Facebook-da paylaş