Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Braziliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Braziliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi dəqiqləşib.

BrendSport.az
xəbər verir ki, bu vəzifəyə Ramon Menezes təyin edilib. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Menezes baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirəcək.

Əlli bir yaşlı mütəxəssis bundan əvvəl ölkəsinin 20 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib. Komanda onun rəhbərliyi ilə öz yaş qrupu üzrə son dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Ramon Menezes bu postda son dünya çempionatından sonra istefa verən Titeni əvəzləyib.


Facebook-da paylaş

Xəbəri paylaş